David Luis: “Sarri komanda ilə möhtəşəm iş gördü”
  • İDMAN

  • 02:40 30 May 2019

David Luis: “Sarri komanda ilə möhtəşəm iş gördü”

“Bizim bəzi yüksəliş və enişlərimiz oldu. Amma biz səylə çalışırdıq”. 

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu David Luis deyib.

Braziliyalı müdafiəçi Avropa Liqasının Bakıda keçirilən final oyunu barədə fikirlərini açıqlayıb. O, “Arsenal” üzərində 4:1 hesablı qələbə ilə başa çatan mövsümü uğurlu adlandırıb: “Cari mövsümdə çox şey öyrəndik. Mövsümü yaxşı başa vurub, həsrətində olduğumuz mükafatı qazandıq. Bu, mənim “Çelsi” ilə Avropada 3-cü titulumdur. Klubda oyunuma inanırlar”. 

D.Luis komandanın baş məşqçisi Maurisio Sarri, həmçinin komandanın daxilində yaşanan bəzi hadisələr barədə suala da cavab verib: “Sarri əla oğlan, əla məşqçidir və buna layiqdir. Baş məşqçimiz komanda ilə möhtəşəm iş gördü. Mən kənar məsələlərə diqqət yetirmirəm. İndi titul barədə danışmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR