• İDMAN

    17:48 5 mart 2019

De Yonq: “Barselona” xahiş etdi ki, “Real”ı Çempionlar Liqasında mübarizədən kənarlaşdırım”

Çempionlar Liqasının bu gün keçiriləcək 1/8 final mərhələsinin cavab oyununda “Real”la qarşılaşacaq “Ayaks”ın futbolçusu Frenki De Yonq görüşə xüsusi motivasiya ilə köklənib. ONA-nın məlumatına görə, İspaniyanın digər nəhəngi “Barselona”ya keçidi həll olunan yarımmüdafiəçi yeni klubunun prinsipial rəqibi ilə duelə də əlavə stimulla çıxacaq.

Belə ki, yayda Kataloniya təmsilçisinə qoşulacaq futbolçu “Real”ı indidən cəzalandırmaq niyyətindədir: “Müqavilə imzalayarkən, “Barselona” məndən xahiş etdi ki, “Real”ı Çempionlar Liqasında mübarizədən kənarlaşdırım. Sonuncu El Klasikoya azarkeş kimi baxdım. Biz Madrid klubunu yarışdan uzaqlaşdırsaq, hamını təəccübləndirəcəyik və “Ayaks”ın adını tarixə yazacağıq”.

Qeyd edək ki, De Yonq “Ayaks”dan “Barselona”ya 75 milyon avroya transfer olunub. Onun komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 1:2 hesabı ilə uduzub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR