• İDMAN

    15:37 7 may 2019

Dieqo Qodin “Atletiko”dan ayrılacağını açıqlayıb

Uruqvay millisinin futbolçusu Dieqo Qodin İspaniyanın “Atletiko” klubundan ayrılacağını açıqlayıb.

ONA-nın məlumatına görə, müdafiəçi mövsümün sonunda Madrid təmsilçisini tərk edəcək.

2010-cu ildən “Atletiko”da çıxış edən D.Qodin qərarını bu gün keçirilən mətbuat konfransında elan edib. Cənubi amerikalının İtaliyanın “İnter” klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, D.Qodin 9 il şərəfini qoruduğu “Atletiko”nun heyətində İspaniya çempionatı və ölkə kubokunu, iki dəfə Avropa Liqasını, üç dəfə UEFA Superkubokunu qazanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR