• İDMAN

    09:06 24 aprel 2019

Dieqo Qodin və Filipe Luis “Atletiko”nu tərk edəcək

İspaniyanın “Atletiko” klubunun futbolçuları Dieqo Qodin və Filipe Luis Madrid təmsilçisini tərk edəcək.

ONA-nın məlumatına görə, hər iki oyunçu komandadan azad agent kimi ayrılacaq.

Məsələ ondadır ki, klub rəhbərliyi müqaviləsi yayda başa çatacaq yaşlı futbolçularla uzunmüddətli anlaşma bağlamaq istəmir. D.Qodin və F.Luis ancaq birillik müqaviləyə ümid edə bilər. Bu isə 33 yaşlı olan veteranların ürəyincə deyil.

Elə bu səbəbdən də D.Qodin İtaliyanın “İnter” klubuna keçidi ilə bağlı danışıqlara start verib. F.Luis isə Almaniyada Dortmund “Borussiya”sı ilə anlaşmaq üzrədir.

Qeyd edək ki, cari mövsüm Primerada D.Qodin 25 (3 qol), F.Luis 22 (2 qol) oyun keçirib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR