Bir müddət əvvəl Kiyev “Dinamo”sunda baxışda olan azərbaycanlı futbolçu Hüseyn Cəfərov digər Ukrayna klubunun düşərgəsinə yollanıb.
ONA-nın məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Olimpik”də baxışdadır.
Kiyevlilərin bəyənmədiyi futbolçu özünü Donetsk klubunun məşqçilər korpusunu yaxşı tərəfdən göstərməyə çalışır. Daha əvvəl Rusiya “Rubin”ində də baxışdan keçə bilməyən futbolçu növbəti dəfə özünü sınayır.
Qeyd edək ki, Azərbaycan və Rusiya vətəndaşlığı olan H.Cəfərov Sankt-Peterburq çempionatında çıxış edib.