Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri başa çatıb. ONA-nın məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın dördüncü günündə yarımfinalçıların adları dəqiqləşib.
Baş tutan 20 qarşılaşmadan 13-də Azərbaycan millisinin boksçuları qüvvəsini sınayıb. Onlardan 8-i qələbə qazanmaqla həm yarımfinala yüksəlib, həm də özləri üçün ən azı bürünc medalı təmin ediblər. Mərhələ adlayanlar sırasında dünya çempionlarımız Elvin Məmişzadə ilə Cavid Çələbiyev, həmçinin mundialın bürünc medalçısı Kamran Şahsuvarlı da var.
Yarımfinal mərhələsinin görüşləri bu gün olacaq.
Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. 117 idmançının qatıldığı “Böyük İpək Yolu”nun final döyüşləri isə aprelin 1-də olacaq.
1/4 final
52 kq
Məsud Yusifzadə (Azərbaycan) – Yassin Bendadda (Mərakeş) – 5:0
Abdurəhman Şirinov (Azərbaycan) – Elvin Məmişzadə (Azərbaycan) – birinci döyüşə gəlməyib
Oljas Bayniyazov (Qazaxıstan) – Foziljon Abdumuradov (Özbəkistan) – 3:2
Abay Kuandikov (Qaxaxıstan) – Həsənboy Dusmatov (Özbəkistan) – 2:3
60 kq
Cavid Çələbiyev (Azərbaycan) – Maqomed Tinovasov (Rusiya) – 5:0
Şukurjon Rəhimov (Özbəkistan) – Yazmurad Qurbanov (Türkmənistan) – 5:0
Ruslan Rüstəmov (Azərbaycan) – Yersultan Bulat (Qazaxıstan) – 5:0
Sərxan Əliyev (Azərbaycan) – Mohamed Hamut (Mərakeş) – 0:5
69 kq
Maulen Oskenbek (Qazaxıstan) – Nicat Həsənov (Azərbaycan) – ikinci döyüşə gəlməyib
Sahm Kadim (İraq) – Lorenzo Sotomayor (Azərbaycan) – 3:2
İkboljon Xoldarov (Özbəkistan) – Giorgi Doliaşvili (Gürcüstan) – 5:0
Aslanbek Şimberqenov (Qazaxıstan) – Tamerlan Maqomedov (Rusiya) – 0:5
75 kq
Nursahet Pazziyev (Türkmənistan) – Kamran Şahsuvarlı (Azərbaycan) – 0:5
Gülər Sərhad (Türkiyə) – Akmurad Qafarov (Özbəkistan) – 5:0
Sahar Tansin (İraq) – Giorgi Manjavadze (Gürcüstan) – 0:5
Nurkanat Raiys (Qazaxıstan) – Amin Kuşkov (Azərbaycan) – 0:5
91 kq
Rövşən Yaqubzadə (Azərbaycan) – Madiyar Saydrəhmanov (Özbəkistan) – 0:5
Yuness Baalla (Mərakeş) – Sürət Qarayev (Azərbaycan) – 5:0
İsmayıl Yaqubov (Azərbaycan) – Baki Yalçın (Türkiyə) – 5:0
Maqomedmurad Aslanbekov (Rusiya) – Rahil Məmmədli (Azərbaycan) – 2:3