Bədii gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, yığmamız aprelin 26-28-də Bakıda keçiriləcək Dünya Kubokuna 7 idmançı ilə qatılacaq.
Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova və Veronika Hudis təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Əhmədbəyli, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar.
Qeyd edək ki, 39 ölkədən 200-dən çox idmançının gücünü yoxlayacağı gözlənilir.