İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar Avropa Liqasının Bakıda keçirilən final oyununun komandadakı son matçı olduğunu açıqlayıb.
ONA-nın məlumatına görə, belçikalı futbolçu “Arsenal” üzərində 4:1 hesablı qələbəyə qısa şərhində klubdan ayrılacağına eyham vurub.
Müqaviləsi 2020-ci ilin yayında başa çatacaq E.Azar dubl etdiyi görüşdən vidalaşmaq niyyətini gozlətməyib: “Düşünürəm ki, bu, vidadır. Amma sən heç vaxt dəqiq bilə bilməzsən”.
Qeyd edək ki, İspaniya “Real”ına keçidi gündəmdə olan E.Azar final oyununda iki qol vurub.