İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar Premyer Liqada vurduğu qolların sayını 85-ə çatdırıb.
ONA-nın məlumatına görə, belçikalı futbolçu bununla da əfsanəvi Kriştianu Ronaldonu arxada qoyub.
“Mançester Yunayted”də oynamış portuqaliyalı 2003-09-cu illərdə şərəfini qoruduğu komanda ilə çempionatda 84 dəfə fərqlənib. E.Azar bir gün öncə keçirilən “Vest Hem”lə oyunda bunu rəsmiləşdirib. Dublla komandasının 2:0 hesablı qələbəsində pay sahibi olan hücumçu öncə K.Ronaldoya çatıb, ardınca isə arxada qoyub.
Qeyd edək ki, Premyer Liqanın ən yaxşı bombardiri Alan Şirerdir. Onun hesabında 260 qol var.