• İDMAN

    00:57 8 iyun 2019

Eden Azarın “Real”a keçidi rəsmiləşib

Belçika milli komandasının futbolçusu Eden Azarın İspaniyanın “Real” klubuna keçidi rəsmiləşib.

ONA-nın məlumatına görə, Madrid təmsilçisi yarımmüdafiəçinin transferini öz saytı vasitəsilə açıqlayıb.

E.Azarla 2024-cü ilin yayına qədər nəzərdə tutulan beş illik müqavilə imzalanıb. Yaxın günlərdə belçikalı tibbi müayinədən keçəcək.

Qeyd edək ki, futbolçunun “Çelsi”dən “Real”a keçidinin qiyməti rəsmən açıqlanmır. Lakin xarici KİV bu rəqəmin 100 milyon avro olduğunu iddia edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR