• İDMAN

    01:05 2 iyun 2019

Edin Dzeko “Roma”nı “İnter”ə dəyişir

İtaliyanın “Roma” klubunun futbolçusu Edin Dzeko karyerasını “İnter”də davam etdirəcək.

ONA-nın İtaliya mətbuatına istinadən məlumatına görə, bosniya və herseqovinalı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub.

Bu transfer üçün Milan klubu 13,5 milyon avro ödəyəcək. E.Dzekonun keçidində “İnter”in yeni baş məşqçisi Antonio Konte maraqlı olub. İki illik müqaviləyə imza atacaq forvard ildə 4 milyon avro qazanacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR