Edin Dzeko "Vest Hem"lə anlaşıb
  • İDMAN

  • 16:44 06 Aprel 2019

Edin Dzeko "Vest Hem"lə anlaşıb

İtaliyanın “Roma” klubunun bosniya və herseqovinalı futbolçusu Edin Dzeko İngiltərənin “Vest Hem” klubu ilə anlaşıb.

ONA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Premyer Liqa təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Lakin E.Dzekonun keçidinin gerçəkləşməsi üçün iki klub arasında razılığın əldə olunması zəruridir. Hələlik “Roma” və “Vest Hem” hücumçunun qiyməti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.

Belə ki, İtaliya klubu oyunçusu üçün 20 milyon avro istəyir. Bu rəqəm Premyer Liqa təmsilçisini qane etmir.

Bildirilir ki, bosniya və herseqovinalının londonlularla müqaviləsi iki ili əhatə edəcək. Onun maaşı isə İtaliyada olduğundan fərqlənməyəcək.

Qeyd edək ki, futbolçunun “Roma” ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.
 

Tahir Hümmətov

Teqlər: Edin Dzeko Roma Vest Hem

OXŞAR XƏBƏRLƏR