• İDMAN

    11:10 2 mart 2019

Ekvador milli komandasının futbolçusu Bakı klubuna keçib

Bakının “Sabah” klubu heyətinə yeni futbolçu qatıb.

ONA-nın məlumatına görə, Topaz Premyer Liqasının debütantı Ekvador milli komandasının sabiq futbolçusu Anibal Çala ilə anlaşıb. 23 yaşlı müdafiəçi bu gün Bakı klubu ilə müqavilə imzalamalıdır. Son klubu 2017-ci ildə keçdiyi “LDU Kito” olan Anibal bunadək vətənində “Nasional” (2013-2016), ABŞ-da “Dallas”ın (2017) formasını geyinib.

Qeyd edək ki, Çala 2015-ci ildən Ekvador millisinə çağırılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR