• İDMAN

    17:58 17 aprel 2019

Elis Manolova: “Arzularımdan biri Azərbaycan bayrağı ilə xalçada qaçmaq idi” - MÜSAHİBƏ

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Elis Manolova (65 kq) Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib. ONA-nın məlumatına görə, karyerasında ilk dəfə böyüklər arasında qitənin ən güclüsü adına yiyələnən güləşçi birincilikdəki çıxışını dəyərləndirib, gələcək planları barədə danışıb.

- Çempion olacağınızı gözləyirdinizmi?
- Çox çətin görüşlər keçirdim. Ancaq yarışa özümü elə hazırlamışdım ki, çempion olacağıma əmin idim. Keçən il Avropa çempionatının finalında hakimlərin “köməyi” nəticəsində Petra Olli 1-ci oldu. Həmin üzüntünü hələ də unutmamışam. Bu dəfə Olliylə qarşılaşmadan əvvəl özümə dedim ki, mütləq mən qalib gəlməliyəm. Çox xoşbəxtəm. Böyüklər arasında ilk Avropa çempionluğumdur. Məni təbrik edən, mənə dəstək verən, mənim üçün dua edən hər kəsə çox təşəkkür edirəm. Arzularımdan biri də çempion olduqdan sonra Azərbaycan bayrağı ilə xalçada qaçmaq idi. Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim. Mənim üçün duyğusal anlar idi. Bunu heç vaxt unutmayacağam.

- Finalda 0:4 geridəykən və son saniyələrdə hakim qaydalar çərçivəsində qazandığınız xalı verməyəndə bir anlıq da olsa, ruh düşkünlüyü, məğlubiyyət qorxusu yaşadınmı?
- Xeyr. Qətiyyən təslim olmadım. Əksinə, bu, məni qələbə üçün daha motivasiyalı etdi. Uduzacağımı bir an belə düşünmürdüm. Sona qədər güləşdim, mübarizə apardım. Hesabda önə çıxacağımı bilirdim. Hakimlərin finalda rumıniyalı güləşçiyə simpatiya bəsləyəcəyini gözləyirdim. Rəqibi xalçadan kənarlaşdırmaqla almalı olduğum xal hesaba alınmayanda görüşün sonuna 17 saniyə qalırdı. Bu, qalib gəlmək istəyən idmançı üçün çox böyük vaxtdır. Bəzi güləşçilər sona 3-4 saniyə qalmış da 2 xal ala bilir. Çox şükür Allaha, mənə bu cəsarəti və gücü verdi. Son saniyələrdə xalımı alıb, hesabı lehimə çevirə bildim.

- 65 kq qeyri-olimpiya kateqoriyasıdır. İyunda Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak etmək üçün 62, yoxsa 68 kq-da mübarizə aparmağı planlaşdırırsız?
- 62 kq-da çıxış etməyi düşünürəm.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR