• İDMAN

    11:35 30 mart 2019

Eltac Səfərli Dünya Kubokunda iştirak hüququ qazanıb

Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatına yekun vurulub.

ONA-nın məlumatına görə, sonuncu – XI turda millimizin liderləri qələbə qazanıblar.

Son matçlarda inamlı çıxış edən Eltac Səfərli lövhədən 1 xalla ayrılıb. Lakin onun fəxri kürsüdə yer almasına əlavə göstəricilər imkan verməyib. Belə ki, 8 xal toplayan həmyerlimiz üçüncü yerin sahibi ilə eyni xala yiyələnsə də, bürünc medalı Kasper Piorun qazanıb. Səfərli ilk 2 yerin sahibindən isə cəmi 0,5 xal geri qalıb. O, yekunda 11-ci yeri tutub və Dünya Kubokunda iştirak hüququna sahib olub.

Səfərlidən fərqli, Rauf Məmmədov son turda qalib gəlsə də, “100-lük”dən kənarda qalıb. Digər şahmatçılarımız da startdakı uğursuz çıxış səbəbindən lazımı nəticə göstərə bilməyiblər.

Avropa çempionatı
XI tur
Eltac Səfərli (2662) – Matias Bluebaum (Almaniya, 2616) - 1:0
Rauf Məmmədov (2701) – Qabriel Qehviler (İsveçrə, 2414) - 1:0
David Qavrilesku (Rumıniya, 2467) – Kənan Qarayev (2368) - +:-
Alparslan İsik (Türkiyə, 2180) – Məhəmməd Muradlı (2444) - 0,5:0,5
Loran Fressine (Fransa2652) – Ülvi Sadıqov (2488) – 0,5:0,5
Aleksandr Konstantinov (Şimali Makedoniya, 2079) – Cahandar Azadəliyev (1863) – 0:1
Mirça-Emilyan Parliqras (Rumıniya, 2657) – Abdulla Qədimbəyli (2404) – +:-

Turnir cədvəli: 1. Vladislav Artemiyev (Rusiya), 2. Nils Qrandelius – hər ikisi 8,5 xal, 3. Kasper Piorun (Polşa) - 8, ...11. Eltac Səfərli - 8, ...135. Rauf Məmmədov, ....154. Ülvi Sadıqov – hər ikisi 6, ...198. Məhəmməd Muradlı – 5,5, ...236. Kənan Qarayev, ...244. Abdulla Qədimbəyli – hər ikisi 5, ...304. Cahandar Azadəliyev - 4.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR