• İDMAN

    14:05 3 iyun 2019

Elvin Camalov: “Qəbələ”dən ayrılmaq çox üzücüdür”

“Yetirməsi olduğum “Qəbələ”dən ayrılmaq çox üzücü və kədərlidir”.

ONA-nın məlumatına görə, bunu “Zirə”nin futbolçusu Elvin Camalov deyib.

Bu gün paytaxt təmsilçisi ilə müqavilə imzalayan yarımmüdafiəçi indiyədək formasını geyindiyi “Qəbələ” barədə fikirlərini öz feysbuk səhifəsində paylaşıb: “Amma bunlara baxmayaraq, mən özümə orada gözəl dostlar qazandım. Yaxşı insanlar tanıdım. Hər zaman yanımızda olan azarkeşlərimizə, rəhbərliyə təşəkkür edirəm. Heç bir zaman bu möhtəşəm kollektivi unuda bilmərəm. Üzərimdə əməyi olan hər kəsə dərindən minnətdaram”.

Qeyd edək ki, “Qəbələ”də 2013/14 mövsümündə debüt edən yarımmüdafiəçi bu komandada 141 oyun keçirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR