• İDMAN

    15:49 26 aprel 2019

Elxan Məmmədov Ayaz Quliyevin milliləşdirilməsi məsələsinə aydınlıq gətirib

“Ayaz Quliyevin atası azərbaycanlıdır. Biz yaxşı tanışıq, bir neçə il əvvəl görüşmüşük”.

ONA-nın sportsdaily.ru saytına istinadən məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi Rusiyanın “Spartak” klubunda çıxış edən əslən azərbaycanlı olan Ayaz Quliyev barədə danışıb. O, rusiyalı legionerin milliləşdirilməsi variantına aydınlıq gətirib: “Həmişə demişik ki, bizim yığmanın qapıları Ayaz Quliyev üçün açıqdır. Onunla bu məsələni dəfələrlə müzakirə etmişik. Amma baş verənlərə əsasən, o, öz taleyini Rusiya yığması ilə bağlamaq istəyir. Onun üzləşdiyi hadisəyə gəlincə, Ayaz belə çılğın hərəkətlərə yol verməməlidir. Kokorin və Mamayevlə bağlı hadisə nümunədir”.

Qeyd edək ki, A.Quliyev Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarda çıxış etsə də, əsas komandada oynamayıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR