İtaliyanın “Empoli” klubunun baş məşqçisi Aurelio Andreatsioli komandasını tərk edib.
APA-nın məlumatına görə, Toskana təmsilçisinin çalışdırıcısı müqaviləni pozaraq klubdan ayrılıb.
65 yaşlı mütəxəssis son bir il ərzində ikinci dəfə “Empoli”dən gedib. Hələ mövsümün gedişində - 2018-ci ilin noyabrında klub rəhbərliyi A. Andreatsiolini istefaya göndərmişdi.
Lakin çalışdırıcı bu ilin martında yenidən postuna qaytarılıb. Məşqçi dəyişiklikləri də “Empoli”ni xilas etməyib və komanda A seriyasında 18-ci yeri tutaraq aşağı dəstəyə yuvarlanıb.