• İDMAN

    17:40 29 aprel 2019

“Ərəb Səyahət Bazarı”nda Bakıdakı Avropa Liqasının finalı ilə bağlı stend quraşdırılıb

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Ərəb Səyahət Bazarı” beynəlxalq sərgisində bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqası finalı ilə bağlı xüsusi stend quraşdırılıb.

ONA-nın məlumatına görə, stenddə UEFA Avropa Liqası Finalı Bakı-2019-la bağlı digər məlumatlarla yanaşı, UEFA Avropa Liqası turnirinin rəsmi kuboku da nümayiş etdirilir.

UEFA Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda keçirilmiş, UEFA Avropa Liqası Finalı Bakı-2019-a həsr olunmuş şou xarakterli oyunda ictimaiyyətə nümayiş olunub. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. UEFA Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər UEFA Avropa Liqasının kuboku Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Qeyd edək ki, hazırda kubokun sərgiləndiyi “Ərəb Səyahət Bazarı” sərgisi mayın 1-dək fəaliyyət göstərəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR