• İDMAN

    15:30 1 aprel 2019

Erkən sevinc qapıçıya baha başa gəlib - VİDEO

Cənubi Afrika Respublikasında (CAR) keçirilən “Future Champions” turnirində kuryoz hadisə qeydə alınıb.

ONA-nın məlumatına görə, olay CAR-ın “Orlando Payrets” və Rusiyanın “Spartak” klublarının U-17 komandalarının görüşündə gerçəkləşib.

Meydan sahiblərinin qapıçısı penaltilər seriyasında rəqibin zərbəsini dəf edib. Bunu bayram edən qolkiper qaytardığı topu asta sürətlə qapıya daxil olduğuna fikir verməyib. Nəticədə onun erkən sevinci qolla başa çatıb.

Bu hadisə yarışın finalında baş verib. Turnirin qalibinin müəyyənləşdiyi penaltilər seriyasında afrikalılar 8:7 hesabı ilə qələbə qazanıblar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR