Çin millisinin yeni baş məşqçisi müəyyənləşib. ONA-nın məlumatına görə, İtaliya yığmasının sabiq futbolçusu Fabio Kannavaro Asiya təmsilçisinin “sükanı arxası”na keçib.
45 yaşlı mütəxəssis Asiya kubokunun 1/4 finalındakı məğlubiyyətdən sonra postunu tərk edən həmyerlisi Marçello Lippini əvəzləyib. 2017-ci ildən bu ölkədə “Quançjou Everqrand”ı çalışdıran Kannavaro klubdakı fəaliyyətini də davam etdirəcək.
Qeyd edək ki, yeni mütəxəssisin yığmadakı debütü martın 21-də Tailandla görüşdə gerçəkləşəcək.