"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bu barədə çalışdırıcı özü bildirib.
O, testlərin müsbət nəticə verdiyini və koronavirus xəstəliyinə yoluxduğunu söyləyib: "Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".
Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.