“Fənərbaxça” sürpriz transferə imza atıb. ONA-nın məlumatına görə, İstanbul təmsilçisi 14 yaşlı Efekan Karayazı rənglərinə bağlayıb.
O, “Nevşeher Belediyyespor”dan “Fənərbaxça”ya keçib. Bildirilir ki, komanda skoutları 1 il izlədiyi Karayazı aşağı yaş qrupları üzrə yığma komandada özünü yaxşı tərəfdən göstərdiyi üçün transfer ediblər.
Hələlik “sarı-lacivərdlilər”də də aşağı yaş qruplarında forma geyinəcək gənc oyunçu əsas hədəfinin əsas yığmaya düşmək olduğunu açıqlayıb.