• İDMAN

    10:33 12 aprel 2019

“Fənərbaxça”nın əfsanəsi vəfat edib

Türkiyə millisinin və “Fənərbaxça”nın əfsanəsi Can Bartu dünyasını dəyişib.

ONA-nın məlumatına görə, həm basketbol, həm də futbolda böyük nailiyyətə imza atan türkiyəli 83 yaşında vəfat edib.

Can Bartu 31 yanvar 1936-cı ildə İstanbulda anadan olub. Karyerasına “Fənərbaxça”nın basketbol klubunda başlayan əfsanə daha sonra futbolu seçib. Yığmadakı oyunu ilə diqqət çəkən C. Bartu 1961-ci ildə İtaliya “Forentina”sına transfer edilib. O, ardınca bu ölkənin “Venetsiya” və “Latsio” klublarında da forma geyinib. Sonra yenidən doğma komandası “Fənərbaxça”ya qayıdıb. Sabiq yarımmüdafiəçi “sarı-lacivərdlilər”in heyətində 362 matçda 162 qola imza atıb. O, futbolçu kimi ümumilikdə 452 oyunda meydana çıxıb və 217 dəfə fərqlənib.

“Fənərbaxça”nın bazası da məhz onun adını daşıyır. C. Bartu eyni zamanda, həm basketbol, həm də futbol üzrə Türkiyə millisində çıxış etmiş ilk və yeganə oyunçudur.

Qeyd edək ki, 1970-ci ildə karyerasını bitirən C. Bartu “Fiorentina”nın heyətində Kuboklar Kubokunun finalında oynamaqla, avrokubokların həlledici görüşündə forma geyinən ilk türkiyəli kimi də tarixə düşüb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR