• İDMAN

    11:57 23 fevral 2019

“Fənərbaxça”nın futbolçusu yığma karyerasını başa vurub

Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyan Martin Şkrtel Slovakiya yığmasındakı çıxışını başa vurub. ONA-nın qonşu ölkə mətbuatına istinadən məlumatına görə, 34 yaşlı mərkəz müdafiəçisi bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb.

O sosial şəbəkədə şəxsi hesabında bildirib ki, qərarı vermək çətin olsa da, yerini gənclərə verməyin vaxtıdır: “15 il formasını geyindiyim komandadan ayrılmaq qərarı verdim. Slovakiya yığmasının formasını geyinmək hər zaman şərəflidir. Ölkəmi təmsil etdiyim üçün qürurluyam. İkinci ailəmdən ayrılmaq çətindir. Ancaq 34 yaşındayam və vaxtı dayandıra bilmirik. Artıq yerimi başqalarına verməyin zamanıdır”.

Qeyd edək ki, 2004-cü ildən Slovakiya millisində çıxış edən Şkrtel 15 ildə 103 matça çıxıb və 6 qol vurub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR