Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Metin Aşık vəfat edib.
ONA-nın məlumatına görə, 1989-93-cü illərdə İstanbul təmsilçisinin rəhbəri olmuş M. Aşık əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.
Onunla vida mərasimi mayın 30-da olacaq.
Qeyd edək ki, “Fənərbaxça” M. Aşıkın rəhbər olduğu dönəmdə iki dəfə Superliqanın gümüş medalını qazanıb. Həmçinin “Prezident Kuboku”na yiyələnib.