• İDMAN

    09:23 24 aprel 2019

“Ferrari”nin rəhbəri: "Azərbaycan Qran-Prisi “Ferrari” üçün çox vacibdir”

“Formula-1” üzrə dünya çempionatında mübarizə aparan “Ferrari” Bakıda keçiriləcək SOCAR Azərbaycan Qran-Prisində bir sıra yeniliklərlə üzləşəcək.

ONA-nın məlumatına görə, bunu komandanın rəhbəri Mattia Binotto açıqlayıb.

O bildirib ki, bu yeniliklər bolidin işini təkmilləşdirməyə xidmət edir. “Ferrari” mövsümdə ilk dəfə maşının ciddi yenilənməsinə ehtiyac duyub: “Ferrari” Bakıda yeniliklərlə üzləşəcək. Bu, SF-90-nın inkişafında ilk addımdır. Aydındır ki, mövsümün ilk üç yarışı istədiyimiz kimi alınmayıb. Azərbaycan Qran-Prisi “Ferrari” üçün çox vacibdir. Biz əla hazırlaşmışıq. Əvvəlki göstəriciləri öyrənmişik. Biz yaxşılaşdıra biləcəyimiz sahələrə diqqət ayırmışıq. Həmçinin bolidləri trasa uyğunlaşdırmışıq”.

Qeyd edək ki, “Ferrari”ni Bakıda gözləyən yeniliklərin öncədən İspaniyadakı yarışda tətbiqi gözlənilirdi. Lakin rəhbərlik bunu daha tez etməyi məqsədəuyğun sayıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR