FİFA ilin ən yaxşı qoluna namizədlərin siyahısını açıqlayıb.
APA-nın məlumatına görə, Ferens Puşkaş adına mükafata 10 iddiaçı müəyyənləşib.
Bunlardan 7-si kişi futbolçuların hesabındadır. Daniel Jori (Debretsen), Lionel Messi (Barselona), Zlatan İbrahimoviç (Los-Anceles Qalaksi), Endryus Taunsend (Kristal Pelas), Fabio Kvalyarella (Sampdoriya), Xuan Kintero (River Pleyt) və Mateus Kunya (Leypsiq) ilə yanaşı, üç qadın futbolçu da namizədlər sırasındadır. Bunlar Adjara Nçut (Kamerun), Emi Rodriqes (Yuta Royals) və Billi Simpsondur (Kliftonvill).
Qeyd edək ki, seçim zamanı 2018-ci il iyulun 16-dan 2019-cu il iyulun 19-dək olan müddətdə vurulan qollar nəzərə alınıb.