Beynəlxalq Avtomobil Federasiyası (FİA) “Formula-1” pilotu Antonio Covinassinin cəzasını təsdiqləyib.
ONA-nın məlumatına görə, “Alfa Romeo” komandasının üzvü Bakıda keçirilən Azərbaycan Qran-prisinin start xəttinə 10 mövqe geridən başlayacaq.
Buna onun idarə etdiyi boliddə yeni idarəedici elektronikanın istifadəsi səbəb olub. A.Covinassi mövsümdə 3-cü dəst elektronikadan istifadə etdiyi üçün qaydaları pozub və bu üzdən cəzalanıb.
Qeyd edək ki, Bakıdakı yarışın əsas mərhələsi sabah keçiriləcək.