• İDMAN

    16:50 6 aprel 2019

FİDE prezidentinin komandası Şəmkirdə qalib ola bilməyib

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib.

ONA-nın məlumatına görə, bu dəfə turnirdə 4 komanda mübarizə aparıb.

Qalib adı uğrunda Arkadiy Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.

Reqlamentə uyğun olaraq, komandalar dairəvi sistemlə biri-biri ilə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar" futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutub.

Qeyd edək ki, hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR