FİFA-nın Apelyasiya Komitəsi İngiltərənin “Çelsi” klubunun müraciətinə baxıb.
ONA-nın məlumatına görə, qurum London təmsilçisinin şikayətini araşdıraraq, cəzaya cüzi düzəlişlər edib.
Belə ki, FİFA öncə çıxarılan qərarla yetkinlik yaşına çatmayan futbolçuların keçidi zamanı yol verdiyi qayda pozuntularına görə “Çelsi” növbəti iki “transfer pəncərə”sində heyətinə oyunçu qatmaqdan məhrum edib. Bu, cəza klubun qadın və futzal komandaları istisna olmaqla, bütün heyətlərinə şamil edilib. Londonluların futbolçuları klubdan ayrılmaq hüququna malik olsalar da, onların yerinə oyunçu almağa qadağa qoyulub.
Apelyasiya Komitəsi əvvəlki qərarı yüngülləşdirərək “Çelsi”yə 16 yaşadək futbolçuları transfer etmək, onları futbol akademiyasına qatmağa icazə verib. Lakin 600 min İsveçrə frankı məbləğində cərimə dəyişməz qalıb.