• İDMAN

    14:47 22 fevral 2019

FİFA “Çelsi”yə transfer qadağası qoyub

FİFA İngiltərənin “Çelsi” klubunu cəzalandırıb. ONA-nın xəbərinə görə, qurum London təmsilçisini həddi-buluğa çatmamış futbolçuların beynəlxalq transferlərində qaydaları pozmaqda günahlandırıb.

Oyunçuların transferi və qeydiyyatı reqlamentinin pozulması ilə bağlı 29 fakt qeydə alınıb. Bu səbəbdən “Çelsi”yə növbəti iki transfer dövründə heyətinə oyunçu qatmaq qadağası qoyulub. Londonlular 2019-cu ilin yayında və 2020-ci ilin yanvarında yeni oyunçu ilə güclənə bilməyəcək.

Bu qadağa “Çelsi”nin bütün komandalarına şamil olunacaq. Yalnız futzal və qadınlardan ibarət komandalar istisna təşkil edir. İngiltərə təmsilçisi 600 min İsveçrə frankı cərimə də ödəməlidir. FİFA-nın qərarı hələ qüvvəyə minməyib. “Çelsi”nin qərardan FİFA-nın Apelyasiya Komitəsinə, ehtiyac yaransa, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

Xatırladaq ki, bu cəza əvvəllər İspaniyanın “Barselona” və “Atletiko” klublarına da şamil olunub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR