• İDMAN

    14:33 19 aprel 2019

FİFA irqçiliklə mübarizə çərçivəsində sosial şəbəkələrin boykotunu dəstəkləyib

İngiltərə və Uelsin futbol üzrə həm kişi, həm qadınlar arasında liqalarında çıxış edən oyunçular bir sutkalıq sosial şəbəkələrdən istifadədən imtina ediblər.

ONA-nın məlumatına görə, bu gün başlayan aksiya futbolçuların birliyini nümayiş etdirmək məqsədi daşıyır.

Futbolçular bu addımla sosial şəbəkələri və futbol rəhbərlərinə meydanda və kənarda baş verən irqçiliyə qarşı daha fəal mübarizəyə çağırış ediblər.

FİFA britaniyalıların sosial şəbəkələri boykot etməsinə dəstək nümayiş etdirdiyini açıqlayıb: “Biz ingiltərəli peşəkar futbolçuların təşəbbüsünü alqışlayırıq. FİFA təkcə futbolda deyil, həm də cəmiyyətdə irqçilik və istənilən formada diskriminasiyaya qarşı mübarizəyə tam qoşulub”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR