• İDMAN

    14:56 14 may 2019

FİFA prezidenti “Qarabağ”ı təbrik edib

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan çempionu "Qarabağ"ı təbrik edib.

ONA-nın məlumatına görə, qurum rəhbəri təbrikini AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla çatdırıb.

C.İnfantino beynəlxalq futbol ictimaiyyəti adından “Qarabağ”ı Topaz Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR