• İDMAN

    23:40 24 aprel 2019

FİFA sabiq "Bakı"lı və daha 7 nəfəri futboldan ömürlük uzaqlaşdırıb

FİFA-nın İntizam Komitəsinin iclası keçirilib.

ONA-nın məlumatına görə, qurum yeddi futbolçu və bir meneceri bu idman növündən ömürlük kənarlaşdırıb.

Buna onların intizam kodeksini pozmaqları və danışılmış oyunlarda iştirakı səbəb olub. Cəzalanan futbolçulardan biri Azərbaycanda çıxış etmiş İbrahim Karqbodur.

Syerra-Leone yığmasının sabiq kapitanı 2010-13-cü illərdə “Bakı”nın şərəfini qoruyub. Son klubu İngiltərənin aşağı liqa təmsilçisi “Dulviç Hamlet” olan 37 yaşlı afrikalı ilə yanaşı, Karlon Murrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Hellinqs Mvakasunqula (Malavi), Seydat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan), həmçinin zimbabveli menecer Kudzanay Şaba da ağır cəza alıblar.

FİFA keniyalı Cordc Obino Audini 10 illik cəzalandırıb. Afrikalı 15 min İsveçrə frankı məbləğində cərimə də ödəməlidir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR