İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi Stefano Pioli istefaya göndərilib.
ONA-nın İtaliya mətbuatına istinadən məlumatına görə, 2017-ci ilin iyunundan Florensiya təmsilçisinə rəhbərlik edən mütəxəssis bu postda 22 ay çalışıb.
“Fiorentina” A seriyasında 10-cu pillədə qərarlaşıb. Lakin komanda 8 oyundur qələbə qazana bilmir. Hesabat turunda isə florensiyalılar evdə “Frozinone”yə uduzublar – 0:1.
Qeyd edək ki, baş məşqçinin istefaya göndərilməsindən sonra komanda Emiliano Biqikaya tapşırılıb. O, indiyədək klubun gənclərdən ibarət komandasına rəhbərlik edirdi.