• İDMAN

    18:56 27 aprel 2019

"Formula-1": 47 dəqiqəlik fasilə olub, Valtteri Bottas finişə birinci çatıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

ONA-nın məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

"Mercedes"in pilotu Valtteri Bottas yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 40,495 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb. Sıralama turunda Luis Hamilton ("Mercedes") ikinci, Sebastyan Fettel ("Ferrari") üçüncü olub.

Yürüşün ikinci sessiyası 20 dəqiqəlik fasilə ilə başlayıb. Buna Robert Kubitsanın ("Uilyams") törətdiyi qəzanın fəsadlarının aradan qaldırılması səbəb olub. Ardınca "Ferrari"dən Şarl Lekner də eyni hadisəni törədib. Pilotlar bu dəfə 27 dəqiqə gözləməyə məcbur olublar.

Qeyd edək ki, sabah keçiriləcək mərhələ saat 16:10-da başlayacaq. Ondan öncə isə "Formula-2" üzrə ikinci yarış baş tutacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR