Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü 18 pilotla start götürüb.
ONA-nın məlumatına görə, ilk yürüşdə bolidi qəzaya uğrayan Corc Rossell kimi Daniil Kvyat ("Toro Rosso") da start xəttinə çıxmayıb.
Ad gününü Bakıda qeyd edən rusiyalının yarışa vaxtında qatılmamasının səbəbləri açıqlanmır. Onun avtomobilinin sükanının hidravlikası ilə bağlı problemin olduğu ehtimal edilir. İlk yürüşdə də cəmi iki dövrə vuran D.Kvyat yalnız sonradan pilotlara qoşulub. Lakin qəza törədən rusiyalının bolidində problemlər üzə çıxıb. O, bu səbəbdən də çıxını başa vurub.