“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.
ONA-nın məlumatına görə, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.
Belə ki, “Uilyams” komandasının pilotu Corc Rassell bolidilə kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. O, idarəetməni itirib. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.
Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən ilk sərbəst yürüş də dayandırılıb.
Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib.