• İDMAN

    14:35 28 aprel 2019

"Formula-1": Azərbaycan Qran-prisinin açılış mərasimində sürprizlər olacaq

"Formula-1" SOCAR Azərbaycan Qran-prisinin açılışı bu dəfə fərqli formada keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONA-ya verilən məlumata görə, saat 15:40-da başlayacaq mərasimdə əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim ediləcək.

Daha sonra himn mərasiminə start veriləcək. Mərasimdə Azərbaycan dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjmanında səsləndiriləcək. Himn mərasimində Azərbaycan hökumətinin yüksək rəsmiləri, "Formula-1" şirkətinin rəhbərliyi və pilotlar iştirak edəcəklər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət edəcəklər.

Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslüblarında ifa edəcəklər. Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, voilonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olacaqlar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR