Bakıda keçirilən Formula-1 yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu rəqəm Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkil etdiyi tədbirdə açıqlanıb. PwC Azərbaycan beynəlxalq audit şirkətinin hesabatına əsasən, 2016-2019-cu illərdə keçirilən yarışlardan 506,3 milyon dollar gəlir əldə olunub.
Bu məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.