• İDMAN

    17:12 5 aprel 2019

“Formula-1”: “Bakı şəhərinin sədaları” gecə əyləncə proqramı təşkil olunacaq

“Formula-1” üzrə Azərbaycan Qran-Prisində yarışlar və konsertlər bitdikdən sonra səhərə qədər əyləncə davam edəcək.

Bakı Şəhər Halqasından ONA-ya verilən məlumata görə, ardıcıl üç gecə “Elektra Events Hall”da şou xarakterli tədbirlər təşkil olunacaq.

Belə ki, hər günün yekununda “Bakı şəhərinin sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq. DJ-lərin iştirakı ilə baş tutacaq şounun ilk günü – aprelin 26-da Ciqan və Mahmud Orhan azarkeşləri coşduracaq. Ertəsi gün isə Robin Şuls estafeti həmkarlarından qəbul edəcək. Yarışın son günündə isə səhnəyə "Lost Frequencies" ləqəbi ilə tanınan Feliks De Laet çıxacaq.

Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Qeyd edək ki, 4-cü dəfə Bakıda təşkil olunacaq yarış aprelin 26-28-də keçiriləcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR