"Formula-1": Bakıya gələcək ikinci əcnəbi müğənninin adı açıqlanıb
  • İDMAN

  • 21:44 10 Aprel 2019

"Formula-1": Bakıya gələcək ikinci əcnəbi müğənninin adı açıqlanıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci və son əcnəbi müğənninin adı açıqlanıb. Bakı Şəhər Halqasından ONA-ya verilən məlumata görə, 27 yaşlı amerikalı Kardi B ləqəbli Belkalis Almanzar yarışla bağlı paytaxtımıza gələcək. 

Son illərin yaddaqalan hitlərinə imza atmış ifaçı Azərbaycan Qran-prisinin üçüncü günündə - aprelin 28-də “Bakı Kristal Zalı”nda səhnəyə çıxacaq. 

Qeyd edək ki, ondan bir gün öncə "Qremmi" və "Oskar" mükafatı laureatı olan böyük britaniyalı dünya ulduzu Sam Smit konsert verəcək.  

Tahir Hümmətov

Teqlər:

OXŞAR XƏBƏRLƏR