“Formula-1” üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ilk əcnəbi müğənninin adı açıqlanıb. Bakı Şəhər Halqasından ONA-ya verilən məlumata görə, "Qremmi" və "Oskar" mükafatı laureatı olan böyük britaniyalı dünya ulduzu Sam Smit yarışla bağlı paytaxtımıza gələcək.
O, Azərbaycan Qran-prisinin ikinci günündə - aprelin 27-də “Bakı Kristal Zalı”nda səhnəyə çıxacaq.
Qeyd edək ki, Bakıda təşkil olunacaq Qran-pri aprelin 26-28-də olacaq.