• İDMAN

    17:38 26 aprel 2019

“Formula-1”: Daha 3 qəza baş verib, 2 bolid boksa aparılıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

ONA-nın məlumatına görə, ikinci sərbəst yürüş də xoşagəlməz hallarla diqqət çəkib.

Öncə Valtterri Bottas (“Mercedes”) 3 dəfə idarəetməni itirərək, beton səddə dəyib. Lakin təcrübəli pilot toparlanaraq, çıxışını davam etdirib.

Ondan fərqli, “Racing Point” komandasının üzvü Lens Stroll sərbəst yürüşdə uğursuzluqla yadda qalıb. Buna onun beton səddə daha güclü dəyməsi səbəb olub. Strollun bolidi evakuasiya edilib, boksa aparılıb.

Şarl Lekler (“Ferrari”) də eyni halla üzləşib. Lakin onun bolidinə baxış keçirildikdən sonra o, yenidən trekə qayıdıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR