• İDMAN

    19:06 5 aprel 2019

“Formula 1” ərəfəsində “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

“Formula 1” Azərbaycan Qran Prisi ərəfəsində “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən ONA-ya verilən məlumata görə, aprelin 26-28-nə təsadüf edən yarış həftəsonunun hər bir gecəsində dünyaca məşhur DJ-lər iştirak edəcək. Azərbaycan Hava Yollarının (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə “Elektra Events Hall”-da baş tutacaq gecə əyləncə proqramın Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər qatılacaq. Bundan başqa DJ Mendoza hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Yarış həftəsonu ərzində Azərbaycan Qran Prisi çərçivəsində Kristal Zalda keçiriləcək axşam konsertlərindən dərhal sonra baş tutacaq DJ performansları üçün “Elektra Events Hall”-a giriş saat 23:00-da başlayacaq. Gecə əyləncə proqramı üçün biletlərin gündəlik qiyməti 55 AZN təşkil edir və arzu edənlər biletləri www.iticket.az saytından və ya şəhərin müxtəlif nöqtələrində yerləşən bilet satış məntəqələrindən əldə edə bilərlər. 2019 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan şəxslər də sözügedən gecə əyləncə proqramı üçün ayrılıqda bilet satın almalıdırlar.

Yarış həftəsonunun gecə əyləncə proqramına aprelin 26-da start veriləcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR