“Formula-1” üzrə dünya çempionatının mərhələ yarışı yenidən Malayziyada keçirilə bilər.
ONA-nın məlumatına görə, bunu Sepanq avtodromunun direktoru Razlan Razali açıqlayıb.
O bildirib ki, Asiya ölkəsində yeni baş nazirin təyinatı “Formula-1”in Malayziyaya qayıtmasına təkan verib: “Bizim baş nazir yenidən hökumətə qayıdıb. O, əvvəllər Sepanq avtodromunun inşasının və “Formula-1” təqviminə daxil edilməsinin təşəbbüskarı olub. Mahathir Mohamad bu yarışın ölkəyə qayıtmasını istədiyini bildirib. Hərçənd 2017-ci ildəki mərhələdən sonra bizim planlarda ən azı 5 il “Formula-1”siz keçirmək var idi”.
R.Razali Malayziya Qran-Prisinin nə vaxt keçiriləcəyinin dəqiqləşmədiyini bildirib: “Gözləmək və vəziyyəti təhlil etmək lazımdır. Yaxın illərdə “Formula-1” dəyişikliklərə uğrayacaq. Biz bunu izləyirik və baş verənlərin yarışın Malayziyaya qayıtmasına kömək edəcəyini gözləyirik”.
Qeyd edək ki, “Formula-1” yarışları 1962-63, 1965, 1968-75, 1977-82, 1995, 1999-2017-ci illərdə Malayziyada keçirilib.