“Formula-1” üzrə dünya çempionatının təqvimində dəyişiklik ediləcək.
ONA-nın məlumatına görə, Meksika Qran-prisi yarışın proqramından çıxarılacaq.
Şimali Amerika ölkəsi 2020-ci ildə yarışa ev sahibliyi edə bilməyəcək. Buna ölkə rəhbərliyinin yürüşün maliyyələşdirilməsi üçün ayırdığı vəsaitin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır.
Bu səbəbdən də 2015-ci ildən Qran-pri təşkil edən meksikalılar “Formula-1”in sahibi olan “Liberty Media”ya 37 milyon avro ödəyə bilmir. Müqavilənin 2025-ci ilədək uzadılması üçün isə bu məbləğ zəruridir.
Qeyd edək ki, 2020-ci ildən Hollandiya və Vyetnam Qran-priləri təşkil olunacaq. Bu üzdən də iki yarışın təqvimdən çıxarılacağı gözlənilir. Bunların isə İspaniya və Meksikadakı yarışların olması ehtimal edilir.