• İDMAN

    16:19 30 aprel 2019

“Formula-1”: Montsa ilə müqavilənin müddəti 2024-cü ilə kimi artırılır

İtaliya Avtomobil Klubu ilə “Formula-1” rəhbərliyi arasında yeni anlaşma əldə olunub.

ONA-nın məlumatına görə, Montsa şəhəri 2024-cü ilədək mərhələ yarışlarına ev sahibliyi edəcək.

Tərəflər 5 illik müqavilənin detallarını da artıq razılaşdırıblar.

Bu il sentyabrın 6-8-də keçiriləcək yarış əvvəlki müqaviləyə əsasən sonuncu olacaq. Bu, sayca 70-ci İtaliya Qran-prisi kimi tarixə düşəcək.

Qeyd edək ki, İtaliya Avtomobil Klubunun rəhbəri Anjelo Stikki Damiani trassın yenidən qurma işləri üçün 100 milyon avro lazım olduğunu açıqlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR