Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində qəzaya uğrayan “Uilyams” bolidinin durumuna aydınlıq gəlib.
ONA-nın məlumatına görə, Corc Rassellin idarə etdiyi maşının ciddi zərər çəkib.
Onun bolidinin şassisi sıradan çıxdığı üçün dəyişdirilməlidir. Birinci sərbəst yürüş zamanı bu hadisəylə üzləşən pilot “Uilyams”ının sıradan çıxması üzündən günü başa vurub. C.Rossell günün ikinci yarısında keçiriləcək növbəti sərbəst yürüşə qatıla bilməyəcək. O, yalnız sabahkı üçüncü sərbəst yürüşdə məşq imkanı qazanacaq.
Qeyd edək ki, C.Rossell startdan az sonra kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb və qəza yaşanıb.